AnalitikaGündəm

Hazırda bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır

Prezident İlham Əliyev – müzəffər ordumuzun Ali Baş Komandanı Qarabağımıza qalib sərkərdə kimi qədəm qoyub, Prezident Füzuli şəhərində çıxışı zamanı deyib ki, biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə bölgəsinə səfərləri zamanı yerli əhali tərəfindən böyük sevinc və coşqu ilə qarşılanırlar. 44 günlük müharibənin gedişində Azərbaycan özünün şanlı qələbəsini qazandı: Bizim ərazi bütövlüyümüz bərpa olundu. Yadınızdadırsa, Cocuq Mərcanlı da işğaldan azad edilərkən Prezident oraya səfər edib demişdir ki, bunun çox böyük rəmzi mənası var. Bildirmişdi ki, bu gün Cocuq Mərcanlı azaddırsa, sabah biz başqa ərazilərimizi də azad edəcəyik. Doğrudan da belə oldu. Cənab Prezidentin bu səfərində diqqəti cəlb edən məqamlardan biri Xudafərin körpüsünü ziyarət etməsi oldu. Bunun da tarixi əhəmiyyəti var. Çünki 30 ilə yaxındır ki, tariximizin ən böyük parçası sayılan Xudafərin körpüsü işğal altındaydı. Həmin səfərdə Prezident bütün dünyanı ermənilərin həmin ərazilərdə hansı hərbi cinayətlərə imza atdıqlarını əyani nümayiş etdirdi.

Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb. Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.

Hazırda bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır, həmin torpaqlarda quruculuq və abadlıq işləri gedir Hər birimiz Ali Baş Komandanımıza, dövlət başçımıza bu həyatı yaşamağı nəsib etdiyinə görə təşəkkür edirik.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button