Bu günlərdə BMT-nin və dünyanın ən mötəbər tədbirihesab olunan İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29) Bakı ev sahibliyi edir. COP29 inkişaf etmiş vəinkişaf etməkdə olan ölkələr arasında Qlobal Şimal vəQlobal Cənub arasında ixtilafların kənara qoyulması, ümumi nöqtələrin tapılması baxımından önəmliplatformadır. Karbon emissiya qazlarının atmosferəburaxılmasının azaldılması bu sahədə ölkələrin digərməsuliyyəti və inkişaf etmiş ölkələrlə birlikdə qlobal iqlimdəyişikliyi ilə bağlı aktiv iştirakı ilə bağlı məsələlərdəönəmli platforma kimi rol oynayır. Heç şübhəsiz ki, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etməksəlahiyyətinin Azərbaycana verilməsi, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyiölkəmizin beynəlxalq arenadakı siyasi nüfuzundan irəligəlir. Azərbaycanın digər qurumlarda və ya təşkilatlardatəmsilçiliyini, xüsusilə də Qoşulmama Hərəkatını bunanümunə olaraq göstərə bilərik.
Ölkəmizin dünya dövlətləri, güc mərkəzləri iləmünasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiqolaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təminolunmasında aparıcı rol oynayır. Strateji baxımdan mühümgeosiyasi məkanda Şərqdən Qərbə və Şimaldan Cənubauzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiyadəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanıəsrlərboyu transmilli dünya güclərinin xüsusi maraqdairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqeAzərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatlarıqədər yeni dividendlər qazanmaq şansı yaradıb. Prezident cənab İlham Əliyevin noyabrın 12-də Bakıdakeçirilən COP29 Liderlər Sammitinin açılış mərasimindəkiçıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəkimövqeyini və beynəlxalq səviyyədəki uğurlu fəaliyyətinigöstərən mühüm məqamlarla zəngindir. Bu çıxışda, həmçinin Azərbaycanın iqlim məsələlərinə verdiyiəhəmiyyətin, qlobal iqlim siyasətindəki rolu və gələcəkhədəfləri barədə ətraflı məlumat verilib.
Dünyanın böyük gücləri, dövlətləri, həqiqətən də, iqlim dəyişikliyinə mənfi təsir göstərəcək hərəkətlərin önündə gedirlər. Bundan daha çox əziyyət çəkən kiçik dövlətlərdir. Bunun məntiqi davamı olaraq da ada dövlətlərlə bağlı ayrıca müzakirələrin keçirilməsi orada yenə də Prezident İlham Əliyevin çıxış etməsi, özəlliklə də Fransanın müstəmləkə siyasətinə diqqət çəkilməsi təsadüfi deyil. Həqiqətən də, Fransa kimi böyük dövlətlər kiçik ada dövlətlərinin təbii sərvətlərini talayır, həm də onların məhv olmasına yol açırlar. Azərbaycan bu məsələləri çılpaq şəkildə dünyanın diqqətinə çatdırır, dünyanın taleyinə məsuliyyət daşıyan dövlətlər Fransanın timsalında buna qarşı çox əsəbi reaksiya verir. Bu isə o deməkdir ki, önümüzdəki bir il ərzində Azərbaycan COP29-un Prezidenti, rəhbəri kimi dünyanın taleyini həll edəcək məsələlərdə öndə olacaq və çox ciddi nəticələr əldə ediləcək.
Əfsanə Rəhimova,
Pirşağı bələdiyyəsinin sədri