Prezident İlham Əliyevin 14 noyabr 2024-cü ildə Üçtərəfli Bəyanatın üç illik icrası ilə bağlı etdiyi çıxış, Ermənistanın öhdəlikləri pozmasına yönələn bir neçə mühüm nöqtəni əhatə edir. O, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla sülh gündəliyini təklif etdiyini vurğuladı. Lakin Ermənistan bu təkliflərə əks reaksiya verib, Azərbaycana qarşı hərbi və maliyyə dəstəyi vasitəsilə Qarabağdakı separatizmi gücləndirib.
Prezident, həmçinin Ermənistanın Dağlıq Qarabağın “müstəqillik” iddialarını dəstəkləyərək, beynəlxalq hüquqa zidd addımlar atdığını bildirdi. Bu addımlardan biri, qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezident seçkiləri”nin keçirilməsi idi ki, bu da sülh prosesinə ciddi maneə yaratdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları, məhz bu separatçı təhdidlərə cavab idi və ölkənin ərazi bütövlüyünün təmin olunmasına xidmət edirdi.
Bundan əlavə, Cənab İlham Əliyev Ermənistanın müstəqillik haqqında bəyanatında Azərbaycanın Qarabağ bölgəsini Ermənistana birləşdirmək istəyini təsdiqləməsini də qeyd etdi. O, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını tam şəkildə dayandırması və sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğuladı. Onun sözlərinə görə, Azərbaycanın sülh təşəbbüsləri Ermənistan tərəfindən qarşılanmasa da, regionda sülh şəraiti artıq mövcuddur və bu vəziyyətin rəsmi sülh müqaviləsi ilə nəticələnməsi əsas məqsəddir.
Gülnar Qurbanova.,
YAP Şuşa rayon təşkilatının fəalı