Ölkəmiz daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə müyəssər oldu. Xarici qonaqların qarşılanmasından ev və otellərdə yaşamalarına qədər, nəqliyyat və təhlükəsizlikdən tədbirin baş tutduğu zallardakı rahatlığa qədər hər şey çox böyük peşəkarlıqla həyata keçirildi. Azərbaycan Qlobal Cənub ilə Şimalı bir yerə gətirməyi bacardı, planetar miqyaslı problemlərin effektiv şəkildə müzakirəsinə ev sahibliyini böyük əzmkarlıq və professionallıqla keçirməyə qadir oldu. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Bakıda keçirilməsi, dünyanın 200-ə yaxın ölkəsindən rəsmi şəxslərin bu tədbirdə iştirak etməsi mühüm hadisədir. Tədbir çərçivəsində keçirilən görüşlər, qəbul olunan qərarlar və əldə olunan razılaşmalar dünyanın ekoloji problemlərinin həllinə yönəlib ki, bu razılaşmada rəsmi Bakının rolu böyükdür.Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub.Cənab Prezident İlham Əliyev Liderlər Sammitinin aşılış mərasimində çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə olduğunu bildirən Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Azərbaycanın Yaşıl gündəliyi haqqında məlumat vərən dövlət başçısı bərpaolunan enerjidə texniki potensialımız barəsində də önəmli məlumatları diqqətə çatdırdı. Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 250 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq ölkəmizin uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı.Bakıda yüksək səviyyədə keçirilən COP29-u səciyyələndirən mühüm xüsusiyyətlərdən biri odur ki, Azərbaycan qlobal ekoloji problemlərin çözümü üçün təşkil edilmiş konfransa təkcə evsahibliyi edən tərəf deyildi. Ölkəmiz bu beynəlxalq müstəvinin yaratdığı imkanlardan maksimum yararlanaraq bərpaolunan, yaxud ekoloji cəhətdən təmiz enerji mənbələrinin istismarı sahəsində ciddi addımlar atmağa nail oldu. COP29 çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şirkətlərlə imzalanan müqavilə və sazişlər Azərbaycanda nəinki enerji hasilatı, habelə bütün iqtisadiyyatın tədricən və ardıcıl şəkildə yaşıl formata keçidini təmin edəcək. Bu, illərdir dünyaya neft və qaz ixrac edən, neft hasilatı istiqamətində əsryarımlıq tarixi, bir sıra ilklərin vətəni olan bir ölkə üçün inqilabi göstəricidir.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Cənab Prezidentimiz İlham Əliyevin növbəti şanlı qələbəsidir. Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.Bu tədbir ilə ölkəmiz imicini daha çox coğrafiyalarda genişləndirdi. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP 29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə da fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi.
Beləcə, Azərbaycanı istəməyən qüvvələrin və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq, Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi.
Nizami Şahvələdov,
YAP Şuşa rayon təşkilatının 33 nömrəli ərazi partiya təşkilatının sədri