Gündəmİqtisadiyyat
Lirə rekord həddə ucuzlaşdı
![](https://infososium.az/wp-content/uploads/sites/7/2024/12/lire.jpg)
Türkiyənin rəsmi dövlət valyutası olan türk lirəsi dəyər itirməkdə davam edir.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son sutka ərzində lirə dollar qarşısında bir qədər də ucuzlaşaraq 1/35 səviyyəsinə enib. Hazırda birjalarda bir dollar 35 lirədən baha ticarət olunur. Bu da rekord həddə ucuzlaşma deməkdir.
1 avro isə 37 lirə həddinə yaxınlaşmaqdadır.
Qeyd edək ki, Türkiyə valyutası son 12 ildə dollar qarşısında 7 dəfəyə yaxın dəyər itirib.