AnalitikaGündəmSiyasət

Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Gənclərin bütün sahələrdə irəli çəkilməsi,onlar üçün şəraitin yaradılması,gənclərin bilik və bacarığından istifadə edilməsi yaradılmış imkanlar gəncələrin inkişafı üçün planlaşdırılmış bir siyasətdir.Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Ölkəmizdə gənclər siyasəti də varislik prinsipi üzərində qurulmuşdur. Məlumdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin prioritet münasibət bəslədiyi sahələrdən biri də gənclər siyasəti olmuşdur. O, gəncliyin necə böyük qüvvə olduğunu düzgün qiymətləndirərək onların sağlam ruhda yetişmələri, mükəmməl təhsil almaları üçün hər cür şərait yaratmağa çalışırdı.Müstəqilliyimizin ilk çağlarında digər sahələr kimi, gənclərlə iş də taleyin ümidinə buraxılmışdı. Vətənpərvər ruhlu gənclər ayrı-ayrı siyasi qüvvələrin əlində alətə çevrilmişdilər. Gəncləri xalqın qızıl fondu sanan böyük öndərimiz, təbii ki, gənc nəslə belə ögey münasibətlə barışa bilməzdi. O, respublikanın ali rəhbərliyinə qayıdışından dərhal sonra vaxtının hədsiz dərəcədə məhdud olmasına baxmayaraq, gənclərlə görüş keçirdi, onların problemlərini öyrəndi və gəncləri müstəqil Azərbaycanın həyatında fəal iştirak etməyə çağırdı. Onun təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin ümumrespublika forumlarının keçirilməsi ilə ölkəmizdə gənclər siyasəti dövlət siyasəti səviyyəsinə qaldırıldı. Ümummilli liderimizin təşəbbüsü ilə 1997-ci ildən başlayaraq hər il fevralın 2-si Gənclər Günü kimi qeyd olunur. Bu qayğı gənclərin təşkilatlanmasına, onların cəmiyyətdə öz yerlərini düzgün müəyyənləşdirmələrinə imkan vermişdir. Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin təntənəsidir. Hazırda bu siyasəti uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev ölkənin iqtisadi yüksəlişinin açdığı imkanlardan maksimum dərəcədə bəhrələnməyə və gələcəyimiz üçün etibarlı zəmin yaratmağa ciddi səy göstərir. Son illərdə ölkəmizdə gənclərin maraq dairəsinə daxil olan mədəniyyət, turizm, təhsil kimi sahələrin inkişafına hər cür şərait yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi bunun əyani təsdiqidir.Ölkəmizdə gənclər siyasətinin uğurlarından söhbət açarkən son illərdə idmanın inkişafına göstərilən qayğını xüsusi vurğulamaq gərəkdir. Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar.

Günay Məmmədhəsənli,
YAP Şuşa rayon təşkilatının fəalı                            

Oxşar Xəbərlər

Back to top button