İdmanGündəm

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qazanc əldə edəcək.

İnfososium.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV yayıb.

Bildirilib ki, həmin torpaq sahəsində onmərtəbəli tikili üçün icazə verilib. Tatlısəs isə orada rezidens layihəsinə başlayacaq.

Sənətçinin təxminən 100 mənzillik bir bina tikdirəcəyi bildirilir.

İbrahim Tatlısəs daha əvvəl verdiyi bir açıqlamada sözügedən binadan hər qızına 5 mənzil verəcəyini söyləmişdi.

Qeyd edək ki, müğənninin müxtəlif evlilik və münasibətlərdən Gülşen Sara Tatlı, Gülden Ferrah Tatlı, Melek Zübeyde Tatlı, Dilan Çıtak, Elif Ada Tatlı adlı 5 qızı, həmçinin Ahmet Salim Tatlı və İdo Tatlıses adlı 2 oğlu var.

Oxşar Xəbərlər

Back to top button