
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İnfososium.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən tədbirdə “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Ağdam təmsilçisi II təsnifat mərhələsində “Şelburn”u (İrlandiya) mübarizədən kənarlaşdırsa, növbəti raundda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 5-6-da, cavab görüşləri isə bir həftə sonra oynanılacaq. “Qarabağ” II təsnifat mərhələsində “Şelburn”la ilk matçını iyulun 23-də səfərdə, cavab qarşılaşmasını iyulun 30-da evdə keçirəcək.