
“Real” klubu “Liverpul”un mərkəz müdafiəçisi İbrahim Konate ilə danışıqlarda irəliləyiş əldə edib.
“İnfososium.az” ın məlumatına görə, bu barədə “Marca”nın jurnalisti Xose Feliks Diasa istinadən “Foot Mercato” məlumat yayıb.
Diasın sözlərinə görə, Madrid klubu ilə 26 yaşlı fransalı futbolçu arasında danışıqlar artıq inkişaf mərhələsindədir.
Daha əvvəl bildirilib ki, futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır və “Real” onunla həmin vaxt müqavilə imzalamaq istəyir.