AnalitikaGündəmSiyasət

Bu gün Zəngilan sürətlə dirçəlir və müasir şəhər səviyyəsinə yüksəlir

20 oktyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış mühüm bir gündür. Məhz bu tarixdə, 2020-ci ildə, Müzəffər Azərbaycan Ordusu Zəngilan şəhərini erməni işğalından azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Vətən müharibəsinin bu parlaq səhifəsi xalqımızın birliyini, ordumuzun rəşadətini və dövlətimizin qüdrətini bir daha sübut etdi.Zəngilanın azad edilməsi strateji və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Bu hadisə ilə Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni mərhələnin əsasını qoydu. Uzun illər işğal altında qalan torpaqlarımız azad olundu, tarixi ədalət bərpa edildi.

Bu gün Zəngilan sürətlə dirçəlir və müasir şəhər səviyyəsinə yüksəlir. Qısa müddət ərzində burada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib. Ağıllı kənd və ağıllı şəhər layihələri çərçivəsində infrastruktur yenilənir, müasir yaşayış məhəllələri salınır, sosial obyektlər, məktəblər, xəstəxanalar və yollar inşa edilir.
Bu gün Zəngilan təkcə azad edilmiş bir şəhər deyil, həm də yenidənqurmanın, inkişafın və milli qürurun rəmzidir. Zəngilanın azadlığı Azərbaycanın suverenliyinin möhkəmlənməsində, xalqımızın gələcəyə inamının güclənməsində mühüm rol oynayıb.

Zəngilan Şəhər Günü də xalqımızın birlik və həmrəyliyinin, dövlətimizin güc və iradəsinin parlaq təcəssümüdür. Zəngilan Şəhər Günü münasibətilə hər il ölkə üzrə müxtəlif tədbirlər keçirilir. Rəsmi mərasimlərdə şəhərin azadlığında canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılır, onların ailələrinə diqqət və qayğı göstərilir.[20.10, 11:12] Əliyeva Tünzalə: Bu gün Zəngilan sürətlə dirçəlir və müasir şəhər səviyyəsinə yüksəlir

20 oktyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış mühüm bir gündür. Məhz bu tarixdə, 2020-ci ildə, Müzəffər Azərbaycan Ordusu Zəngilan şəhərini erməni işğalından azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Vətən müharibəsinin bu parlaq səhifəsi xalqımızın birliyini, ordumuzun rəşadətini və dövlətimizin qüdrətini bir daha sübut etdi.

Zəngilanın azad edilməsi strateji və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Bu hadisə ilə Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni mərhələnin əsasını qoydu. Uzun illər işğal altında qalan torpaqlarımız azad olundu, tarixi ədalət bərpa edildi.

Bu gün Zəngilan sürətlə dirçəlir və müasir şəhər səviyyəsinə yüksəlir. Qısa müddət ərzində burada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib. Ağıllı kənd və ağıllı şəhər layihələri çərçivəsində infrastruktur yenilənir, müasir yaşayış məhəllələri salınır, sosial obyektlər, məktəblər, xəstəxanalar və yollar inşa edilir.

Bu gün Zəngilan təkcə azad edilmiş bir şəhər deyil, həm də yenidənqurmanın, inkişafın və milli qürurun rəmzidir. Zəngilanın azadlığı Azərbaycanın suverenliyinin möhkəmlənməsində, xalqımızın gələcəyə inamının güclənməsində mühüm rol oynayıb.

Zəngilan Şəhər Günü də xalqımızın birlik və həmrəyliyinin, dövlətimizin güc və iradəsinin parlaq təcəssümüdür. Zəngilan Şəhər Günü münasibətilə hər il ölkə üzrə müxtəlif tədbirlər keçirilir. Rəsmi mərasimlərdə şəhərin azadlığında canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılır, onların ailələrinə diqqət və qayğı göstərilir.Bu gün Zəngilan artıq təkcə keçmişin yox, həm də gələcəyin şəhəridir. Yaşıl enerji mərkəzi, müasir texnologiyalar və ekoloji dayanıqlı inkişaf konsepsiyası ilə Azərbaycanın yeni dövr simvoluna çevrilməkdədir.

Səbinə Həsənova
YAP fəalı

Oxşar Xəbərlər

Back to top button