
3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin çıxışı ölkənin elm siyasətində yeni hədəfləri müəyyənləşdirməsi ilə xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçısı həm qurumun tarixi rolunu dəyərləndirdi, həm də qarşıdakı dövr üçün alimlər və elmi institutlar qarşısında strateji vəzifələri açıqladı. Azərbaycan Milli Elmlər Akademiyasının böyük akt zalında keçirilən görüş, ölkəmizin elm mühitində yeni bir səhifənin açılması kimi yadda qaldı. Prezident İlham Əliyevin AMEA-da çıxışı yalnız bir nitq deyil, Azərbaycan elminə verilən dəyərin, intellektual inkişaf strategiyasının və yenilənmə çağırışının ifadəsi oldu.
Prezidentin nitqində ən mühüm vurğulardan biri elmi fəaliyyətin real sektora yönləndirilməsi oldu. O bildirdi ki, fundamental araşdırmalar mühüm olsa da, əldə olunan elmi nəticələr iqtisadi inkişafda, sənayedə, enerji sahəsində, rəqəmsallaşmada və müdafiə texnologiyalarında tətbiq edilməlidir.
Prezident İlham Əliyev xüsusi olaraq gənclər mövzusuna toxunaraq bildirdi ki, Azərbaycan istedadlı gənclərini qoruyub saxlamaq və onların elmi potensialını dəstəkləməkdə maraqlıdır. Dövlət başçısı gənc alimlərin layihələrinə daha çox maliyyə ayrılacağını vurğuladı.
Qeyd edək ki, çıxış zamanı elmin real sektora inteqrasiyasının vacibliyini qeyd etdi. O bildirdi ki, fundamental araşdırmalar mühüm olsa da, onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi təmin olunmalıdır.
AMEA-da çıxışı ilə Prezident İlham Əliyev Azərbaycan elmi qarşısında yeni mərhələnin konturlarını cızdı: nəticəyə əsaslanan idarəetmə, innovativ yanaşma, beynəlxalq inteqrasiya, gənc alimlərin dəstəklənməsi. Çıxış göstərdi ki, elm artıq dövlətin inkişaf prioritetlərindən biridir və bu sahədə əsas məqsəd biliklərin praktik dəyərə çevrilməsidir.
Prezident İlham Əliyevin AMEA-dakı çıxışı yalnız yubiley münasibətilə deyil, həm də ölkənin elmi siyasətinin yeni mərhələsinə keçid çağırışı kimi diqqət çəkir. Elm sahəsində institusional transformasiya, innovativ tədqiqatların genişləndirilməsi və alimlərin dövlət həyatında daha fəal iştirakı qarşıdakı dövrün başlıca istiqamətləri olacaq.
Bu çıxış elmi ictimaiyyət üçün həm stimul, həm də məsuliyyət yüküdür. Qarşıda duran vəzifələr Azərbaycan elminin modernləşməsi, rəqabət qabiliyyətinin artması və qlobal intellektual mühitdə möhkəmlənməsinə xidmət edir.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi



