GündəmSosial

DİQQƏT! Bu şəhərdə 12:00-dan etibarən 2000 abonentin qazı kəsiləcək

İnfososium.az xəbər verir ki, Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində d=159 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 12:00-dan etibarən 2 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB Sumqayıt QİS məlumat yayıb.

Qazın verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Oxşar Xəbərlər

Back to top button