Sosial

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsinin qalibi olan “Mübarizlərin mirası” intellektual turniri uğurla başa çatıb

Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpasında rol oynamış qəhrəmanlarımıza həsr olunmuş turnir “Nə? Harada? Nə zaman” və “Kviz” mərhələlərindən təşkil olunub. Seçim turunun nəticələrinə əsasən ən çox suala cavab vermiş 10 komanda “Kviz” mərhələsində iştirak haqqı qazanıb.

İnfososium.az xəbər verir ki, 17 yanvar tarixində Azərbaycan Tibb Universitetində baş tutan final yarışında ilk olaraq Vətən müharibəsi qəhrəmanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra layihə rəhbəri Arzu Musayeva açılış nitqi ilə çıxış edib. O, öz nitqində gənclərin fərdi layihələrinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb və “Konstitusiya və Suverenlik İli”, Qarabağ münaqişəsi və Zəfər yolu haqqında maarifləndirici təqdimat edib. Yarış başlamazdan öncə iştirakçılar yarışın qaydaları haqqında məlumatlandırılıb və bütün komandalara uğurlar arzu olunub.

10 turdan ibarət final yarışı zamanı gənclər Qarabağın coğrafiyası, Azərbaycan tarixində əhəmiyyətli hadisələr, Milli Qǝhrǝmanlarımız, mədəni irsimiz vǝ s. kimi mövzularda faktlara ǝsaslanan suallara cavab tapmağa çalışıblar. Maraqlı və gərgin keçən yarışda ilk üçlük tez-tez dəyişsə də, qalib sonadək əzmkar oyun göstərən “Helter Skelter” komandası olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “Madurolu Pentaqon” və “Minas Tirith” komandaları bölüşüblər. Qaliblər kubok, sertifikatlar və hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, turnirin birinci mərhələsində 16 komanda mübarizə aparıb. Komandaların tərkibində müxtəlif ixtisaslarda təhsil alan və fəaliyyət göstərən ümumilikdə 80 gənc iştirak edib.

Oxşar Xəbərlər

Back to top button