AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji ilə bağlı çıxışı

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mühüm rolunu bir daha nümayiş etdirdi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və regional əməkdaşlığın genişləndirilməsində oynadığı roldan bəhs etdi. Prezident vurğuladı ki, Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Dövlət başçısı Cənub Qaz Dəhlizinin uğurlu layihə olduğunu qeyd edərək bildirdi ki, bu layihə təkcə enerji sahəsində deyil, həm də iqtisadi və siyasi əməkdaşlığın möhkəmlənməsində böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu layihə müxtəlif ölkələr arasında qarşılıqlı etimadı artırır və yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan bu istiqamətdə öz öhdəliklərini daim məsuliyyətlə yerinə yetirir.

Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycanın yaşıl enerji sahəsində gördüyü işlərdən danışdı. O qeyd etdi ki, ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir və bu sahədə bir sıra beynəlxalq layihələr həyata keçirilir. Azərbaycanın günəş və külək enerjisi potensialı böyükdür və bu imkanlardan səmərəli istifadə etmək üçün mühüm addımlar atılır.

Dövlət başçısı vurğuladı ki, Azərbaycanın enerji strategiyası həm ənənəvi enerji resurslarının səmərəli istifadəsini, həm də alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını əhatə edir. Bu isə ölkənin davamlı inkişafına və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir. Prezident qeyd etdi ki, yaşıl enerji layihələri gələcək nəsillər üçün daha təmiz və təhlükəsiz mühit yaratmağa xidmət edir.

İclasda iştirak edən ölkələrin nümayəndələri də Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirdilər. Onlar ölkəmizin təşəbbüslərinin regionda əməkdaşlığın inkişafına mühüm təsir göstərdiyini bildirdilər. Azərbaycanın həyata keçirdiyi enerji layihələri beynəlxalq miqyasda böyük maraq doğurur.

Sonda Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bundan sonra da enerji sahəsində beynəlxalq tərəfdaşlıq münasibətlərini genişləndirəcək və yeni layihələrin həyata keçirilməsinə töhfə verəcək. Bu istiqamətdə atılan addımlar ölkəmizin iqtisadi inkişafına, regionda sabitliyin möhkəmlənməsinə və enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button