AnalitikaDünyaGündəm

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

Beynəlxalq Valyuta Fondunun (BVF) yaydığı hesabatda bildirilib ki, İranla bağlı münaqişənin yaratdığı enerji problemi iqtisadiyyatı inkişaf etmiş ölkələr arasında ən çox Böyük Britaniyanın iqtisadi artımına mənfi təsir göstərəcək.

Aktualinfo Media Qrup  BBC-yə istinadla xəbər verir ki, qurum Böyük Britaniya üzrə bu il üçün iqtisadi artım proqnozunu yanvarda münaqişə başlamazdan əvvəl gözlənilən 1,3 faizdən 0,8 faizə endirib. Qeyd olunub ki, proqnozun aşağı salınması İran müharibəsi, faiz dərəcələrinin daha az endirilməsi və enerji qiymətlərinin artımının təsirinin gələn ilə qədər davam edəcəyi gözləntiləri ilə bağlıdır.

Hesabatda, həmçinin vurğulanıb ki, münaqişə qlobal iqtisadiyyatı yoldan çıxara bilər və onun uzanması dünya miqyasında resessiya riskini artırır. Qeyd edək ki, oxşar proqnoz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən də irəli sürülüb. Qurum ötən ay bildirmişdi ki, münaqişə nəticəsində G20 ölkələri arasında ən böyük iqtisadi artım itkisinə məhz Böyük Britaniya məruz qalacaq.

Oxşar Xəbərlər

Back to top button