
Bu gün Vətən müharibəsinin şəhidi Yaqubzadə Yaqub Eldəniz oğlunun doğum günündə əziz xatirəsi yad olunub.
Aktualinfo Media Qrup xəbər verir ki,bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri şəhidin Binə qəsəbəsindəki qəbiristanlıqdakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.




