AnalitikaGündəmOrdu

Milli Ordumuzun qüdrəti dövlətimizin gücünü nümayiş etdirmişdir

Azərbaycan Respublikasının Silahlı Qüvvələri müstəqil dövlətimizin əsas dayaqlarından biridir. Hər il 26 İyun tarixində qeyd olunan Silahlı Qüvvələr Günü ordumuzun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq imkanı yaradır.

1918-ci ildə yaradılmış Azərbaycan Ordusu ölkəmizin müdafiə qabiliyyətinin əsasını qoymuşdur. Sonrakı dövrlərdə müxtəlif mərhələlərdən keçən milli ordu müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti Silahlı Qüvvələrimizin formalaşmasında mühüm rol oynadı. Dövlət tərəfindən hərb sahəsinə göstərilən diqqət ordunun güclənməsinə səbəb oldu.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Müasir hərbi texnika, peşəkar şəxsi heyət və yüksək döyüş ruhu bu uğurların əsas amilləridir.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq dünya hərb tarixində diqqət çəkən nümunələrdən biri kimi qiymətləndirilir. Ordumuz qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirdi.Qələbənin əldə olunmasında xalq-ordu birliyi mühüm rol oynadı. Bütün xalq ordunun yanında oldu və qələbəyə inam nümayiş etdirdi.

Hazırda Silahlı Qüvvələrimiz daha da müasirləşdirilir, hərbi potensialın artırılması istiqamətində ardıcıl addımlar atılır. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Silahlı Qüvvələr Günü Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və qalib ordumuzun qüdrətini nümayiş etdirən əlamətdar bayram kimi tariximizdə öz yerini möhkəmləndirmişdir.

Zərifə Məmmədzadə,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button