
26 İyun – Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün qürur və fəxarət mənbəyidir. Bu gün milli ordumuzun yaradılması və inkişafı yolunda qazanılmış nailiyyətləri xatırlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Ordusu ötən illər ərzində böyük inkişaf yolu keçmişdir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı ordunun güclənməsini təmin etmişdir.
Hərbi qulluqçuların peşəkarlığının artırılması, yeni hərbi hissələrin yaradılması bu inkişafın əsas göstəricilərindəndir.
Azərbaycan əsgəri hər zaman vətənin keşiyində ayıq-sayıq dayanmışdır. Torpaqlarımızın müdafiəsi uğrunda göstərilən qəhrəmanlıqlar xalqımızın qürur mənbəyidir.
2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfər ordumuzun gücünü və xalqımızın əzmini nümayiş etdirdi. Azərbaycan əsgəri böyük şücaət göstərərək tarixi missiyanı yerinə yetirdi.
Şəhidlərimizin müqəddəs xatirəsi daim yaşayacaqdır. Onların vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillərə örnəkdir.
Bu gün ordumuz yeni inkişaf mərhələsindədir. Müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin təhlükəsizliyini daha da möhkəmləndirir.
Silahlı Qüvvələr Gününün qeyd olunması Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsinin yeni səhifələrinin yazılmasına stimul vermişdir.
Tamella İbrahimli,
YAP Nizami rayon təşkilatının fəalı



