
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 115” ünvanında yeni ərazi partiya təşkilatı təsis edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, keçirilən təsis iclasında çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Respublika Kompleks İdman Məktəbinin direktoru Rüstəm Alimli və başqaları bildiriblər ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması yeni, müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Bu gün də Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Hazırda isə Ulu öndər Heydər Əliyevin siyasi kursu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
Vaqif İsmayılov yekdilliklə “Heydər Əliyev prospekti 115” ünvanı üzrə yeni ərazi partiya təşkilatının sədri, Afiq Səfərli isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının sədr və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.




