AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan-Almaniya Münasibətlərində Hüquqi Baza Genişlənir

Prezident İlham Əliyevin 2026-cı ilin iyulunda Almaniyaya səfəri münasibətlərimizin hüquqi və siyasi bazasını əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Səfər çərçivəsində tərəflər arasında iki mühüm sənəd imzalandı.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts tərəfindən imzalanan “İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” ölkələrimizin uzunmüddətli hədəflərini müəyyən edir. Bunun ardınca isə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair daha bir Birgə Bəyannamə imzalanmışdır.

Bu sənədlərin imzalanması göstərir ki, strateji dialoq arzusu artıq reallığa çevrilib. Sənədlərdən irəli gələn vəzifələrin sürətlə icrası üçün yaxın vaxtlarda bir neçə işçi qrup fəaliyyətə başlayacaqdır.

Lalə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button