
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilmişdir. Bu addım Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində xalqımıza verilmiş ən böyük töhfələrdən biridir.
Müasir dövrün çağırışlarına cavab olaraq Prezident İlham Əliyev ana dilimizin tətbiqi dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirir. 2013-cü il 9 aprel tarixində imzalanmış Dövlət Proqramı məhz dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi məqsədini daşıyır. Bununla yanaşı, 2018-ci il 17 iyul tarixli Sərəncamla Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi hədəflənmişdir.
Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Milli kimliyimizin sarsılmaması üçün dilimizin saflığının qorunması hər birimizin borcudur.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



