
Azərbaycan ilə Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və yeni layihələrlə zənginləşir. SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olması bu sahədə atılan ən mühüm addımlardandır. Eyni zamanda, neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə artıq son mərhələyə çəkilmişdir.
Gələn il ölkədə istismar quyularının qazılmasına başlanılması planlaşdırılır ki, bu da kəşfiyyat-qazma işlərinin uğurlu nəticə verəcəyinə böyük ümidlər yaradır. Energetika təhlükəsizliyinin təmin olunması hər iki ölkənin ümumi maraqlarına cavab verir. Bu layihələr dövlətlərimizin iqtisadi qüdrətini daha da artıracaqdır.
Özbəkistan rəhbərliyinin energetika sektorunda həyata keçirdiyi islahatlar xarici investorlar üçün geniş imkanlar açır. Azərbaycanın bu sahədə zəngin təcrübəsi qardaş ölkədə həyata keçirilən layihələrin uğurla icrasına şərait yaradır. Birg səylərlə həyata keçirilən energetika layihələri regional inkişafa güclü təkan verir.
Liderlərin daim diqqət mərkəzində saxladığı enerji layihələri gələcəkdə daha geniş miqyas alacaqdır. Neft və qaz sektorunda əldə olunan nailiyyətlər ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan və Özbəkistan bu sahədə də etibarlı strateji tərəfdaşdırlar.
Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini



