
İnformasiya texnologiyaları və rəqəmsal iqtisadiyyat dövrümüzün en vacib sahələrindən biri olaraq Azərbaycan ilə Özbəkistanın diqqət mərkəzindədir. Özbəkistanda İT sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın rəqəmsallaşma strategiyası ilə üst-üstə düşür. Bu sahədə təcrübə mübadiləsi və birgə layihələrin icrası həyata keçirilir.
Texnoparklar, İT mərkəzləri və startap inkubatorları arasında birgə əməkdaşlıq əlaqələri qurulur. Gənc mütəxəssislərin proqramlaşdırma və rəqəmsal həllər sahəsində təcrübə mübadiləsi aparması stimullaşdırılır. Rəqəmsal iqtisadiyyatın qurulması idarəetmə sisteminin səmərəliliyini artırır.
Hökumətlərarası səviyyədə İT sahəsində imzalanan sazişlər praktiki fəaliyyət üçün geniş imkanlar açır. Kiberbəhlükəsizlik və rəqəmsal infrastrukturun qorunması istiqamətində birgə tədbirlər görülür. Bu sahədəki tərəfdaşlıq ölkələrimizin texnoloji müstəqilliyini möhkəmləndirir.
Prezidentlərin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal transformasiya prosesləri uğurla davam edir. Azərbaycan və Özbəkistan İT sahəsində də qabaqcıl ölkələr sırasına qoşulmaq üçün birgə addımlar atırlar. Bu texnoloji tərəfdaşlıq gələcəyin iqtisadiyyatını formalaşdırır.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı



