AnalitikaGündəmSiyasət

Konstitusiyanın Aliliyi Təmin Olundu: Suverenliyin Hüquqi Təntənəsi

Hər bir dövlətin varlığı və gücü onun öz ərazisində qanunlarının şərtsiz işləməsi ilə ölçülür. 20 sentyabr 2023-cü il tarixi Azərbaycan Respublikasının bütün ərazisində Konstitusiyanın aliliyinin tam və birmənalı şəkildə təmin edildiyi gündür. 30 ilə yaxın müddətdə ölkəmizin bir hissəsində hökm sürən qanunsuzluq rejimi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində birdəfəlik ləğv edildi və hüquqi dövlət quruculuğu prosesi tamamlandı.

Bu hadisə beynəlxalq hüququn norma və prinsiplərinin Azərbaycanın daxili qanunvericiliyi çərçivəsində tətbiqi baxımından da müstəsna əhəmiyyət daşıyır. Separatçı rejimin mövcudluğu nəinki daxili sabitliyə, həm də regional təhlükəsizliyə ciddi təhdid idi. Suverenliyin bərpası ölkəmizin daxili işlərinə qanunsuz müdaxilələrin qarşısını aldı və bütün əhalinin dövlətin hüquqi müdafiəsi altına keçməsini təmin etdi.

Prezident İlham Əliyevin qətiyyəti nəticəsində artıq Azərbaycanın heç bir guşəsində dövlətin qanunlarından kənarda fəaliyyət göstərən, silahlı birləşmələrə malik hər hansı bir qruplaşma mövcud ola bilməz. Bütün inzibati ərazilərdə dövlət orqanlarının fəaliyyətinin bərpası, məhkəmə-hüquq sisteminin qurulması ölkəmizin bütövlüyünün ayrılmaz hissəsidir. Bu, eyni zamanda Azərbaycanın demokratik inkişafı və sivil dünya birliyinə inteqrasiyası yolunda mühüm bir addımdır.

Dövlət Suverenliyi Günü hüququn və ədalətin mütləq qələbəsinin təntənəsidir. Bu gün Prezident İlham Əliyevin iradəsinin Azərbaycanın konstitusiya quruluşunun sarsılmazlığını necə təmin etdiyinin, ölkəmizi hər cür daxili və xarici təhdidlərdən necə qoruduğunun bariz nümunəsidir.

Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button