
Son dövrdə Bakıda Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətləri əhatə edən tədbirlərin keçirilməsi Azərbaycanın təşkilat daxilindəki fəallığını nümayiş etdirir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edən Prezident İlham Əliyev bu tədbirin ilk dəfə Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib.
Təhlükəsizlik toplantısının Bakıda keçirilməsi paytaxtın TDT daxilində siyasi dialoq məkanlarından biri kimi rolunu gücləndirir. Müxtəlif ölkələrin təhlükəsizlik strukturlarının rəhbər şəxslərinin bir araya gəlməsi qarşılıqlı fikir mübadiləsi üçün əlverişli şərait yaradır. Bu cür görüşlər dövlətlərarası əlaqələrin yalnız diplomatik səviyyədə deyil, aidiyyəti dövlət qurumları arasında da inkişafına imkan verir.
Prezident İlham Əliyevin çıxışında TDT-nin müxtəlif formatlarda fəal qarşılıqlı əlaqə platformasına çevrildiyi qeyd olunub. Təhlükəsizlik məsələləri ilə yanaşı, təşkilatın gündəliyində enerji, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və multikulturalizm kimi istiqamətlər də yer alır. Bu geniş gündəlik TDT-nin çoxşaxəli əməkdaşlıq platforması olduğunu göstərir.
Bakı görüşünün əhəmiyyəti məhz bu çoxşaxəli gündəliyin təhlükəsizlik ölçüsünü tamamlamasındadır. Prezident İlham Əliyevin çıxışı təhlükəsizlik məsələlərinin digər əməkdaşlıq sahələrindən ayrı olmadığını göstərir. Bu baxımdan Bakı TDT daxilində müxtəlif istiqamətlər üzrə dialoqun aparıldığı mühüm platformalardan biri kimi çıxış edir.
Pərviz Həsənov,
YAP Nizami rayon təşkilatının fəalı



