AnalitikaGündəmSiyasət

Sənayenin Strateji Inkişafında Yeni Mərhələ – Dağ-Mədən və Metallurgiyanın Gələcək Xəritəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş yüksək səviyyəli müşavirə keçirilib. Ölkənin iqtisadi şaxələndirmə siyasətində, xüsusən də qeyri-neft sənayesinin genişləndirilməsində həlledici rol oynayan bu proqram, yaxın illərdə Azərbaycanın ağır sənaye potensialını keyfiyyətcə yeni müstəviyə çıxarmağı hədəfləyir.

Müşavirədə çıxış edən dövlət başçısı ölkə iqtisadiyyatının dayanıqlı inkişafı, xammal bazasından səmərəli istifadə və yüksək əlavə dəyər yaradan emal müəssisələrinin qurulmasının vacibliyini xüsusi vurğulamışdır. İclasda sənayenin bu strateji sahəsi üzrə görüləcək işlər və tətbiq ediləcək yeni yanaşmalar geniş təhlil olunub. Metal filizi yataqlarının müasir geoloji-kəşfiyyat metodları ilə yenidən qiymətləndirilməsi və ehtiyatların dəqiq pasportlaşdırılması qeyd olunub.Xammal ixracatçısından hazır və yarımhazır metal məhsulları istehsalçısına keçidin sürətləndirilməsi diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurun zəngin mədən potensialının ekoloji standartlar gözlənilməklə iqtisadi dövriyyəyə cəlb edilməsi vurgulanıb.Sahəyə xarici və yerli özəl investisiyaların cəlb edilməsi, yaşıl texnologiyaların və rəqəmsal idarəetmə sistemlərinin tətbiqinin vacibliyi qeyd edilib.

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button