AnalitikaGündəmSiyasət

Tarixin Unudulmaz Anı: Şuşanın Azad Edilməsi

27 sentyabrda başlayan əks-hücum əməliyyatının zirvə nöqtəsi, şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Şuşasız zəfərimizi natamam hesab edən xalqımız bu xəbəri böyük coşqu və göz yaşları ilə qarşıladı. Şuşanın azadlığı müharibənin taleyini həll edən əsas amil oldu.

Qəhrəman hərbçilərimiz keçilməz meşələri, sıldırım qayaları aşaraq, yüngül silahlarla Şuşaya daxil oldular. Düşmənin ağır texnikasına və əlverişli mövqeyinə qarşı əlbəyaxa döyüşərək şəhəri azad etdilər. Bu əməliyyat dünya hərb dərsliklərinə daxil olan bir möcüzə idi.

Şuşanın azad olunması şəhidlərimizin ruhunu şad etdi. İllərlə əsirlikdə qalan bülbüllər, Qasım bəy Zakirin, Natəvanın, Bülbülün büstləri yenidən doğma ocaqlarına qayıtdı. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi öz əvvəlki əzəmətini bərpa etdi.

Anım Günündə Şuşa uğrunda canından keçən qəhrəmanlarımızı xüsusi ehtiramla yad edirik. Onların şücaəti olmasaydı, bu gün Şuşada bayrağımız dalğalanmazdı. Şuşa şəhidləri bizim milli qürurumuzun zirvəsidir.

Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button