AnalitikaGündəmSiyasət

Firuzə Əmirova, İnformasiya Cəbhəsi: Həqiqətlərin Dünyaya Çatdırılması

27 sentyabrda başlayan müharibə yalnız döyüş meydanında deyil, həm də informasiya məkanında şiddətlə davam edirdi. Ermənistanın illər boyu formalaşdırdığı saxta təbliğata qarşı Azərbaycan jurnalistləri, sosial media istifadəçiləri və diplomatları böyük mübarizə apardılar.

Prezident İlham Əliyevin xarici KİV-lərə verdiyi onlarla müsahibə informasiya blokadasını yardı. Dəqiq faktlara, beynəlxalq hüquqa və tarixi həqiqətlərə əsaslanan cavablar düşmənin yalanlarını ifşa etdi. İnformasiya cəbhəsində qazanılan qələbə hərbi zəfərimizə böyük dəstək oldu.

Jurnalistlərimiz qaynar nöqtələrdən operativ məlumatlar yayaraq dünya ictimaiyyətini məlumatlandırdılar. Düşmənin mülki əhalini hədəf alması faktları çəkilib beynəlxalq təşkilatlara təqdim olundu. Hətta işğaldan azad edilən ərazilərdə minaya düşərək şəhid olan media mənsublarımız oldu.

Anım Günündə informasiya cəbhəsində döyüşən, həqiqəti müdafiə edən və bu yolda şəhid olan jurnalistlərimizi də hörmətlə yad edirik. Onlar sözün həqiqi mənasında vətənə xidmət etdilər və həqiqətin səsini dünyaya çatdırdılar.

Firuzə Əmirova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button