
Şəhid Kərimbəyli Elçin Əlioğlunun əziz xatirəsinə
Anım Günü münasibətilə İcra Hakimiyyətinin nümayəndələri qəhrəman şəhidimiz Kərimbəyli Elçin Əlioğlunun məzarını ziyarət edərək onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanımızın xatirəsi daim qəlbimizdə yaşayacaq, onun göstərdiyi şücaət və fədakarlıq heç vaxt unudulmayacaq. Bütün şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!







