
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində həlledici rol oynadı. Bu tarix, xalqın böyük əksəriyyətinin dəstəyi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə rəsmi gəlişini təsdiqləyən dönüş noktasıdır.
1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Vətəndaş müharibəsi təhlükəsi, daxili xaos və torpaqların işğalı müstəqilliyin itirilməsi riskini yaradırdı. Belə bir çətin məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, oktyabrın 3-də keçirilən seçkilərdə səslərin 98,84%-ini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qələbə ölkədə siyasi sabitliyin bərqərar olunmasının və dövlətçilik ənənələrinin bərpasının təməlini qoydu.
İldırım Eyvazlı,
YAP Nizami rayon təşkilatının fəalı



