
Mədəniyyət Azərbaycan və Türkmənistan xalqlarını bir-birinə bağlayan en səmimi və sarsılmaz körpüdür. Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı mədəni-humanitar əməkdaşlığın inkişafı diqqət mərkəzində olmuşdur.
Hər iki ölkə ortaq dili, dini, adət-ənənələri və zəngin tarixi keçmişi paylaşır. Görüşlərdə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi və teatr kollektivlərinin qastrol səfərlərinin təşkili barədə razılıq əldə olunmuşdur.
Prezident İlham Əliyev vurğulamışdır ki, xalqlarımızın mədəni yaxınlığı dövlətlərarası siyasi və iqtisadi münasibətlərin daha da möhkəmlənməsi üçün əvəzolunmaz mənəvi zəmin yaradır.
Muzey işi, xalçaçılıq sənəti və elmi-tarixi tədqiqatlar sahəsində mütəxəssislərin birgə fəaliyyəti dəstəklənmişdir. Tərəflər Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunmasını zəruri hesab etmişlər.
Beləliklə, mədəniyyət alanındakı sıx əlaqələr Azərbaycan və Türkmənistan qardaşlığını daha da dərinləşdirir. Prezident İlham Əliyevin səfəri mənəvi birliyimizin təzahürü kimi mədəni əməkdaşlığa yeni töhfələr vermişdir.
Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini


