AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin İmzalanan Sənədləri

Dövlətlərarası münasibətlərin sabit və davamlı inkişafı möhkəm hüquqi-müqavilə bazasının mövcudluğundan asılıdır. Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı müxtəlif sahələri əhatə edən vacib ikitərəfli sənədlər imzalanmışdır.

İmzalanmış sazişlər və memorandumlardan ibarət paket əməkdaşlığın hüquqi çərçivəsini zənginləşdirir. Sənədlər nəqliyyat, ticarət, energetika, gömrük və mədəniyyət sahələrini kapsayır.

Prezident İlham Əliyev bəyan etmişdir ki, imzalanmış sazişlər aidiyyəti qurumlar tərəfindən ardıcıl şəkildə praktiki müstəvidə reallaşdırılacaqdır. Hüquqi bazanın təkmilləşdirilməsi investorlar üçün əlverişli mühit yaradır.

Müqavilələr qarşılıqlı sərmayələrin qorunmasını və ticarət prosedurlarının sadələşdirilməsini təmin edir. Bu, iki ölkənin özəl sektor nümayəndələrinə böyük dəstəkdir.

Beləliklə, yeni imzalanmış sənədlər Azərbaycan-Türkmənistan tərəfdaşlığının gələcək istiqamətlərini müəyyən edir. Prezident İlham Əliyevin səfəri hüquqi təməlin möhkəmləndirilməsi ilə əlamətdar olmuşdur.

Ülkər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 130” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button