
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit arasında Rəsmi Səfər çərçivəsində tətbiq olunan yüksəksəviyyəli görüş baş tutmuşdur. Görüş əvvəlcə təkbətək formata keçirilmiş, daha sonra isə hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilmişdir.
İki ölkə arasında tarixi dostluq münasibətlərinin və diplomatik əlaqələrin inkişafı baxımından bu səfər mühüm strateji əhəmiyyət kəsb edir.
Dövlət başçılarının keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi xüsusi vurğulanmışdır.Hər iki lider beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı platformalarında qarşılıqlı dəstəyin və sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini ifadə etmişdirlər.
Prezident İlham Əliyev mövcud ticarət dövriyyəsinin potensiala nisbətən aşağı olduğunu, lakin bu səfərin iqtisadi-ticarət əlaqələrinin inkişafına böyük təkan verəcəyini bəyan etmişdir.
Azərbaycan Prezidenti ölkənin Asiya regionu ilə dinamik və nəticəyönümlü xarici siyasət yürütdüyünü diqqətə çatdırmışdır.
Laos Prezidenti Thonqlun Sisulit göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, iki ölkə arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsində Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirmişdir.
Görüşün yekununda Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında müxtəlif sahələrdə tərəfdaşlığı dərinləşdirən sənədlərin mübadiləsi mərasimi keçirilmişdir. “Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilmişdir.
Bundan əlavə, iki ölkənin müvafiq qurumları arasında iqtisadiyyat, investisiya və digər sahələri əhatə edən ikitərəfli sənədlər imzalanmışdır.
Prezident İlham Əliyev və Prezident Thonqlun Sisulit arasındakı bu görüş Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər yaxın gələcəkdə həm siyasi, həm də iqtisadi sahədə real nəticələrin əldə olunmasına zəmin yaradır.
Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr



