AnalitikaGündəmSiyasətSosial

Vahid məktəbli formasının təhsil mühitinə təsiri

Məktəbli forması qaydalarının yerinə yetirilməsində valideynlərin rolu böyükdür. Valideynlər övladlarının məktəbin müəyyən etdiyi geyim tələblərinə uyğun hazırlanmasına diqqət yetirməlidirlər. Bunun üçün məktəb rəhbərliyi tərəfindən təqdim edilən məlumatlarla tanış olmaq və müəyyən edilmiş formanın xüsusiyyətlərini bilmək vacibdir.

Valideynlər uşaqlarına məktəbli formasının nə üçün tələb olunduğunu izah etməlidirlər. Uşaq qaydaların məqsədini başa düşdükdə onlara daha şüurlu yanaşır. Bu zaman geyim tələblərinə riayət etmək yalnız məcburiyyət kimi deyil, məktəb həyatının bir hissəsi kimi qəbul edilir.

Məktəblə ailə arasında düzgün əlaqənin qurulması da vacibdir. Geyimlə bağlı problem və ya anlaşılmazlıq yarandıqda valideynlər məsələni məktəb rəhbərliyi ilə müzakirə edə bilərlər. Problemlərin sakit və qarşılıqlı hörmət əsasında həll edilməsi həm uşaqların, həm də valideynlərin məktəbə münasibətini yaxşılaşdırır.

Valideynlərin bu prosesdə məsuliyyətli davranması məktəbdə vahid qaydaların qorunmasına kömək edir. Bununla yanaşı, məktəb rəhbərliyi də tələbləri aydın izah etməli və ailələrin suallarını cavablandırmalıdır. Əməkdaşlıq nəticəsində şagirdlər üçün daha nizamlı və rahat təhsil mühiti yaratmaq mümkündür.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button