
Oktyabrın 15-də Yeni Azərbaycan Partiyası Qaradağ rayonu Puta qəsəbəsi Salyan şossesi 1063 ünvanında yerləşən (Qaz Emalı Zavodu) ərazi partiya təşkilatında Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Salyan şossesi 1063 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Aqşin Paşayev VIII qurultayın əhəmiyyətindən bəhs edib. Bildirib ki, cənab Prezident, YAP Sədri İlham Əliyevin qurultaydakı nitqində müəyyənləşdirilən hədəflər cəmiyyətin bütün sahələrində çalışan partiya üzvləri üçün mühüm istiqamətverici rol oynayacaqdır. O, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin bütün təhsil sahələrdə yeni imkanlar yaratdığını, xüsusən neft-qaz email sahəsində çalışan mütəxəssislərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Qurultay nümayəndəsi İlqar İlyasov VIII Qurultayında dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin nitqində səəslənən fikirlərin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qurultayda səsləndirdiyi mühüm mesajlar partiya üzvlərinin üzərinə yeni vəzifələr qoyur. Bu vəzifələrin uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvü öz fəaliyyətində fəallıq nümayiş etdirməli, dövlətçilik prinsiplərinin və milli maraqların qorunmasına töhfə verməlidir. Rayon təşkilatının sədri vurğulayıb ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin gələcək fəaliyyətində əsas istiqamətlər olacaq
Sonra çıxış edən zavodun hüquqşünası Ələkbər Bayraməliyev qurultayın siyasi və təşkilati baxımdan əhəmiyyətindən danışaraq, partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirakının vacibliyini qeyd edib, birgə fəaliyyətin, təşəbbüskarlığın və ictimai fəallığın əhəmiyyətini vurğulayıb.



