GündəmSiyasət

YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 152” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin departament müdiri, “Heydər Əliyev prospekti, 152” ərazi partiya təşkilatının sədri Əhməd Talıbov və digərləri çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi potensialının gücləndirilməsi, milli iqtisadi təhlükəsizliyin təmin olunması, dövlət idarəçiliyində səmərəliliyin artırılması və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.

Həmçinin YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr kontekstində dövlətçilik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və əmək kollektivlərində ideoloji maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə toxunulub. Qeyd edilib ki, dövlət siyasətinin əsas istiqamətlərinin kollektivlər arasında izah olunması, vətənpərvərlik ruhunun və milli maraqlara bağlılığın təşviqi mühüm əhəmiyyət daşıyır.

Sonda dövlət ehtiyatlarının idarə olunması, iqtisadi inkişafın prioritetləri, partiya üzvlərinin qarşısında duran vəzifələr və ideoloji maarifləndirmə işinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılar ölkənin davamlı inkişafına, iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə töhfə verməyin əhəmiyyətini qeyd ediblər.

Oxşar Xəbərlər

Back to top button