AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Xalqın Qəlbində Əbədi Yaşayan Zəfər Sevinci

8 Noyabr Zəfər Günü xalqımızın qəlbində heç vaxt sönməyəcək böyük bir sevinc və fərəh hissi yaratdı. İllər boyu içimizdə daşıdığımız kədər və həsrət yerini sonsuz qürura və coşquya tərk etdi. Bu sevinc təkcə bir günün deyil, illərin gözləntisinin, səbrinin və inamının bəhrəsidir.

Hər bir azərbaycanlının evində, küçəsində və ürəyində bu gün bayram ab-havası hökm sürür. İnsanlar bir-birini təbrik edərkən bu qələbənin nə qədər böyük mənəvi dəyərə malik olduğunu bir daha hiss edirlər. Zəfər sevinci xalqımızı daha da yaxınlaşdıran, bir araya gətirən güclü bir bağdır.

Bu sevinci bizə bəxş edən hər bir an, hər bir xatirə çox qiymətlidir. O, insanların üzündə təbəssüm, gözlərində isə qürur parıltısı yaratdı. Bu duyğu heç vaxt unudulmayacaq və nəsildən-nəslə ötürüləcəkdir.

Zəfər sevinci xalqımızın mənəvi gücünün təzahürüdür. Bu sevinc əbədi olaraq bizim ayrılmaz hissəmizə çevrilmişdir.

Pərviz Həsənov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button