AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa – milli həmrəyliyin və birlik ruhunun təcəssümü

Azərbaycan xalqının tarixində birlik və həmrəylik ən çətin sınaqlardan uğurla çıxmağın əsas şərtlərindən biri olub. Şuşanın azad edilməsi bu birliyin nə qədər güclü olduğunu nümayiş etdirən tarixi hadisədir. Vətən müharibəsi zamanı ölkəmizin bütün bölgələrində yaşayan insanlar eyni amal ətrafında birləşərək Ordumuza dəstək oldular.

Şuşanın işğal altında olduğu illərdə şəhərin azadlığı ümummilli məqsədə çevrilmişdi. Bu məqsəd siyasi baxışlarından və sosial mövqeyindən asılı olmayaraq bütün azərbaycanlıları birləşdirirdi. Xalqımızın Şuşaya olan sevgisi milli həmrəyliyin mühüm ifadələrindən biri kimi qorunub saxlanıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, xalqın dövlətə və Orduya dəstəyi, hərbçilərimizin qəhrəmanlığı Vətən müharibəsində qələbənin əsas dayaqları oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi bütün Azərbaycan cəmiyyətində böyük sevinc və qürur hissi yaratdı. Bu hadisə birlik ruhunun tarixi nəticəyə çevrildiyini göstərdi.

Qələbədən sonra da həmrəylik Şuşanın bərpası və inkişafı prosesində mühüm rol oynayır. Dövlət qurumları, ictimai təşkilatlar, ziyalılar, sahibkarlar və vətəndaşlar şəhərin dirçəlişinə müxtəlif istiqamətlərdə töhfə verirlər. Şuşanın mədəni həyatının canlandırılması və tarixi irsinin qorunması ümumi milli məsuliyyət kimi qəbul olunur.

Şuşa Azərbaycan xalqının birlik və həmrəylik ruhunun əbədi rəmzidir. Bu şəhərin azadlığı göstərdi ki, milli məqsədlər naminə birləşən xalq böyük uğurlara nail ola bilər. Şuşa Şəhəri Günü bu birliyin və dövlətçilik iradəsinin təntənəsidir.

Ceyran Qurbanova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 72” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button