AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa Şəhərində Böyük Qayıdışın İlk Addımları

Şuşanın işğaldan azad olunması ilə illərdir doğma yurd-yuvalarından didərgin düşmüş şuşalıların vətənə qayıdışı üçün tarixi imkan yarandı. Azərbaycan dövləti “Böyük Qayıdış” proqramı çərçivəsində Şuşada müasir yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların və sosial obyektlərin inşasını sürətlə həyata keçirdi.

Şəhərdə tikilən yeni yaşayış binaları həm müasir memarlıq tələblərinə, həm də Şuşanın tarixi koloritinə uyğun şəkildə layihələndirilmişdir. İlk sakinlərin Şuşaya köçürülməsi prosesi bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı, şəhərin küçələri yenidən insan səsləri ilə doldu.

Qayıdış prosesi ilə paralel olaraq Şuşada sakinlərin məşğulluğunun təmin edilməsi, kiçik və orta biznesin inkişafı, turizm sektorunun canlandırılması istiqamətində mühüm addımlar atılır. Şuşa artıq təkcə tarixi məkan deyil, həm də rahat və müasir həyat şəraitinə malik canlı bir şəhərdir.

Bu gün Şuşada yeni həyat quran ailələr, məktəblərdə təhsil alan uşaqlar azadlığın və sülhün ən gözəl təcəssümüdür. Böyük Qayıdış proqramının uğurla icra olunması Şuşanın gələcək firavanlığının əsas təminatıdır.

Mələk Nağıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button