Şuşa – Beynəlxalq Dialoq və Qlobal Forumlar Mərkəzi

İşğaldan azad edildikdən sonra Şuşa şəhəri qısa müddətdə təkcə mədəniyyət deyil, həm də mühüm beynəlxalq siyasi və ictimai dialoq platformasına çevrilmişdir. Burada keçirilən Qlobal Media Forumları, beynəlxalq konfranslar və diplomatik görüşlər Şuşanın dünyaya açılan yeni simasını nümayiş etdirir.
Dünyanın müxtəlif ölkələrindən gələn dövlət xadimləri, diplomatlar, jurnalistlər və ekspertlər Şuşada bir araya gələrək qlobal əhəmiyyətli məsələləri müzakirə edirlər. Bu tədbirlər Azərbaycanın sülh, əməkdaşlıq və konstruktiv dialoq təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir.
Şuşada yaradılan müasir konfrans infrastrukturu və yüksək təşkilatçılıq səviyyəsi şəhərin ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə tam imkan verir. Xarici qonaqlar azad edilmiş Şuşada aparılan sürətli quruculuq işlərinin canlı şahidinə çevrilirlər.
Bu gün Şuşa beynəlxalq arenada Azərbaycanın artan nüfuzunun və sülhməramlı siyasətinin rəmzi kimi çıxış edir. Şəhər qlobal miqyasda yeni ideyaların və əməkdaşlıq körpülərinin qurulduğu mühüm mərkəzə çevrilməkdədir.
Nigar Məmmədova,
YAP Nizami rayon təşkilatının “Məhsəti Gəncəvi küçəsi, 7” ərazi partiya təşkilatının sədri



