
Hər hansı bir dövlətin gücü onun xalqının birliyindən və milli həmrəyliyindən asılıdır. Fərqli baxışlara, peşələrə və yaş qruplarına sahib olan milyonlarla insanı bir nöqtədə birləşdirən ən güclü qüvvə məhz dövlət rəmzləridir. Üçrəngli bayrağımız bu birliyin və həmrəyliyin əbədi mərkəzidir.
Tarix boyu xalqımız çətin sınaqlarla qarşılaşdıqda məhz birləşərək düşmənlərə qarşı durmuşdur. Milli həmrəylik xalqımızın ən böyük qalxanlarından biridir. Bayraq bayramı günündə hər bir azərbaycanlı özünü bu böyük birliyin ayrılmaz hissəsi kimi hiss edir.
Dövlət siyasətinin mərkəzində dayanan xalq-iqtidar birliyi ölkəmizin inkişafını və sabitliyini təmin edən əsas amildir. Bu birlik sayəsində Azərbaycan qarşısında duran bütün strateji hədəflərə nail olur. Bayrağımız bu sarsılmaz birliyin altında dalğalanaraq hər birimizin qürur mənbəyinə çevrilir.
Birlikdə güclü olduğumuzu dərk edərək hər zaman bir-birimizə dəstək olmalı və dövlət rəmzlərimizi uca tutmalıyıq. Həmrəyliyimiz əbədi, bayrağımız isə hər zaman uca olacaqdır. Bu birlik Azərbaycanın gələcək zəfərlərinin təminatıdır.
Ofelya Nəsirova,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini



