AnalitikaGündəmSiyasət

Milli Şüuru Oyanıran Maarifçi Bayraq

Azərbaycan ziyalılarının əsrlər boyu apardığı maarifçilik mübarizəsi xalqın milli şüurunun oyanmasında və dövlətçilik ideallarının formalaşmasında müstəsna rol oynamışdır. Mütəfəkkirlərimiz xalqın maarflənməsi üçün həyatlarını fəda etmiş, cəmiyyətə azadlıq toxumları səpmişlər. Onların əkdikləri bu mənəvi dəyərlər bu gün müstəqil cəmiyyətimizdə böyük bəhrələr verməkdədir.

Milli şüur xalqın öz kimliyini, tarixini və rəmzlərini dərk etməsinin əsas təməlidir. Ziyalılarımız cəmiyyətə başa salmışlar ki, dilsiz, mədəniyyətsiz və bayraqsız xalq özgələşməyə məhkumdur. Bu ideyalar əsasında formalaşan milli ruh xalqımızı hər cür yad təsirlərdən və assimilyasiyadan qorumuşdur.

Müasir dövrdə də ziyalılarımızın, elm və mədəniyyət xadimlərimizin üzərinə böyük tarixi məsuliyyət düşür. Gənc nəslin milli ruhda, vətənpərvərlik dəyərlərinə sadiq olaraq böyüməsi məhz bu maarifçi ənənələrin davam etdirilməsindən asılıdır. Kitablar, elmi araşdırmalar və sənət əsərləri bu müqəddəs missiyanı uğurla yerinə yetirir.

Üçrəngli bayrağımız həmin maarifçi ideyaların və milli oyanışın ən canlı təzahürüdür. Ziyalılarımızın arzuladığı azad və qüdrətli Azərbaycan bu gün reallığa çevrilmişdir. Bu yolu davam etdirmək və bayrağımızı daha da uca tutmaq hamımızın ümumi borcumuzdur.

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button