
Enerji sahəsi Azərbaycan ilə Vyetnam arasında münasibətlərin tarixi əsaslarından biridir. Neft sənayesində uzun illər ərzində formalaşmış əməkdaşlıq bu gün yeni enerji istiqamətləri ilə zənginləşir.
Azərbaycanın enerji resursları və texniki təcrübəsi Vyetnamla əməkdaşlıq üçün mühüm potensial yaradır. Vyetnamın enerji sektorunun inkişafı və yeni layihələrə marağı iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə imkan verir.
Müasir dövrdə enerji əməkdaşlığı yalnız neft və qaz sahələri ilə məhdudlaşmır. Günəş və külək enerjisi, enerji səmərəliliyi və ekoloji cəhətdən dayanıqlı texnologiyalar yeni tərəfdaşlıq istiqamətləri kimi ön plana çıxır.
Bərpaolunan enerji layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə əməkdaşlıq Azərbaycan–Vyetnam münasibətlərinin müasir inkişafını əks etdirir. Bu layihələr ölkəmizin enerji potensialının daha səmərəli istifadəsinə kömək edə bilər.
Yeni enerji imkanları iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək. Tarixi təcrübə və müasir texnologiyaların birləşdirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq.
Nigar Məmmədova,
YAP Nizami rayon təşkilatının “Məhsəti Gəncəvi küçəsi, 7” ərazi partiya təşkilatının sədri



