Sosial

Atışmada yaralananların vəziyyəti açıqlandı

Xətai rayonu Əhmədli qəsəbəsində hipermarketdəki silahlı insident zamanı yaralananların vəziyyəti açıqlanıb. 

İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində yaralanan iki nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:

“Bakıda hipermarketlərin birində baş verən baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. 

İnsident nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 1 nəfər hadisə yerində dünyasını dəyişib”.

Oxşar Xəbərlər

Back to top button