Sosial
“Bravo”dakı silahlı insidenti törədənlərdən biri “Tarqovı”da məhv edildi
Bu gün Xətai rayonu ərazisində “Bravo” hipermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, digəri isə məhv edilib.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhv edilən şəxs “Tarqovı”da yerləşən binalardan birində tanışı olduğu xanımın evində gizlənibmiş.
Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.