Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi
Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, fəal gənclər, şəhid ailələri və qazilər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qeyd edib ki, Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına həmişə böyük əhəmiyyət vermiş, Azərbaycanın ekoloji problemlərinin həllini xüsusi diqqətdə saxlamışdır. Ulu Öndər ölkədə yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaratmış, ekoloji siyasətin əsasını qoymuşdur.
Aksiyada təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün iqlimə uyğun eldar şamları əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.