Dünya

Kiyev növbəti dəfə raket hücumuna məruz qalıb

Kiyev iyunun 6-na keçən gecə qanadlı raketlərin növbəti hücumuna məruz qalıb.

İnfososium.az AZƏRTAC-a istinadən xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiya ordusunun gecə hücumu zamanı Kiyev səmasında 20-dən çox raket vurulub. Raket buraxılışlarının Xəzər regionundan Tu-95MS strateji bombardmançı təyyarələrindən X-101/555 tipli qanadlı raketlərlə həyata keçirildiyi ehtimal olunur.

Zərərsizləşdirilən raketlərin qalıqlarının yerə düşməsi nəticəsində Dnepr rayonunda yanğın baş verib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir ki, iyunun 6-na keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 35 qanadlı raket atıb və onların hamısı zərərsizləşdirilib.

Qeyd edək ki, may ayı ərzində paytaxt Kiyevə 250-dən çox raket və kamikadze dronu ilə hücum edilib.

Oxşar Xəbərlər

Back to top button