Dünya

Ərdoğan Şimali Kiprdə səfərdədir

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildikdən sonra xaricə ilk rəsmi səfərini Şimali Kiprə edib.

İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğanın təyyarəsi Şimali Kiprin paytaxtı Lefkoşada yerə enib.

Türkiyə Prezidentini bu səfərdə XİN rəhbəri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və digər rəsmi şəxslər müşayiət edir.

Xatırladaq ki, Ərdoğan iyunun 13-ü Azərbaycana rəsmi səfərə gələcək.

Oxşar Xəbərlər

Back to top button