
26 İyun tarixi Azərbaycanda Silahlı Qüvvələr Günü kimi xüsusi əhəmiyyət daşıyır. Bu gün ölkəmizdə xüsusi önəm daşıyır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk ordu quruculuğu prosesi başlandı. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Milli Ordunun yaradılmasına başlanıldı. Bu mühüm hadisə 1992-ci ildən etibarən rəsmi şəkildə qeyd olunmağa başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Bu gün ölkəmizdə hərbi gücün və milli təhlükəsizliyin rəmzi kimi qeyd olunur. Azərbaycan Ordusu zaman keçdikcə böyük inkişaf yolu keçib. Ordu quruculuğu daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu güclənib. Silahlı Qüvvələrimiz müasir silahlarla təchiz olunub. Peşəkar kadrlar və hərbi təlimlər ordumuzun döyüş qabiliyyətini artırıb.
Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Hər bir Azərbaycan vətəndaşı kimi Laçın rayon sakinləri də Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir ordu quruculuğu siyasətindən qürur duyur, iftixar hissi keçirirlər. Qəti əmindirlər ki, ordumuzun gündən-günə artan qüdrəti sayəsində vətənimizin müdafiəsi keçilməz olacaqdır.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi