GündəmAnalitikaİqtisadiyyat

8 Noyabr Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır

Prezident İlham Əliyevin 2024-cü ildə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində etdiyi çıxış Azərbaycan üçün əlamətdar və strateji əhəmiyyət daşıyan bir hadisə oldu. Dövlət başçısı çıxışında bu mühüm enerji layihəsinin Azərbaycanın enerji müstəqilliyi və ixrac potensialı baxımından xüsusi rol oynadığını vurğuladı. “8 Noyabr” Elektrik Stansiyası müasir texnologiyalara əsaslanan, ekoloji baxımdan təmiz və yüksək səmərəli bir obyekt kimi təqdim olundu. Prezident qeyd etdi ki, bu stansiyanın adı təsadüfi seçilməyib – 8 Noyabr Zəfər Günüdür və bu stansiya da Azərbaycanın gücünün, iradəsinin simvoludur. İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə toxunaraq bildirdi ki, enerji layihələri bu proseslərin mühüm hissəsidir. Prezidentin sözlərinə görə, Azərbaycanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafı bu cür iri layihələr sayəsində təmin olunur.
Stansiyanın tikintisində yerli və xarici mütəxəssislərin əməkdaşlığı xüsusi qeyd edildi. İlham Əliyev vurğuladı ki, bu cür layihələr iqtisadiyyatın şaxələndirilməsinə və regionların inkişafına təkan verir. Mingəçevirin energetika mərkəzi kimi mövqeyinin daha da gücləndiyini deyən Prezident, burada digər yeni layihələrin də həyata keçiriləcəyini bildirdi. Stansiyanın 1280 meqavatlıq gücü ilə ölkənin enerji sisteminə mühüm töhfə verəcəyi qeyd olundu. İlham Əliyev çıxışında Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurları sadalayaraq vurğuladı ki, ölkəmiz enerji ixracatçısı kimi dünya bazarında etibarlı tərəfdaşdır. Prezident qeyd etdi ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu durmadan artır. Bununla yanaşı, İlham Əliyev ekoloji məsuliyyət məsələsinə də diqqət çəkdi və vurğuladı ki, yeni enerji layihələri yaşıl enerjiyə keçid strategiyasına uyğundur.
Stansiyanın istifadəyə verilməsi təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm hadisə kimi qiymətləndirildi. Prezident bildirdi ki, bu cür layihələr ölkənin suverenliyini gücləndirir və müstəqil inkişaf modelini möhkəmləndirir. O, çıxışında Azərbaycanın bütün regionlarında bərabər inkişafın təmin edilməsinin əsas hədəf olduğunu bildirdi. İlham Əliyev stansiyanın istifadəyə verilməsində əməyi olan bütün işçilərə təşəkkür etdi və bu layihənin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasından məmnunluğunu ifadə etdi. Prezident qeyd etdi ki, enerji infrastrukturu layihələri həm də yeni iş yerlərinin açılması və əhalinin rifahının yüksəlməsi deməkdir. İlham Əliyev çıxışında Azərbaycanın enerji strategiyasının gələcəkdə də uğurla davam etdiriləcəyini və regionda lider mövqeyinin qorunacağını bəyan etdi.
Çıxış zamanı Prezident bir daha xatırlatdı ki, “8 Noyabr” adı Zəfər Gününü əks etdirir və bu stansiyanın açılması qələbənin iqtisadi təntənəsidir. İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurların əsasını güclü siyasi iradə, xalq-iqtidar birliyi və düzgün strateji xəttin təşkil etdiyini bildirdi. O qeyd etdi ki, enerji sektoru ölkənin iqtisadi inkişafının əsas sütunlarından biridir. Prezident çıxışını Azərbaycanın daha da güclənəcəyinə və enerji sahəsində yeni uğurlar qazanacağına əminliyini ifadə etməklə başa çatdırdı. Stansiyanın açılışı Azərbaycan xalqı üçün həm fəxr, həm də gələcəyə inam hissi yaratdı. İlham Əliyevin bu çıxışı bir daha göstərdi ki, Azərbaycanın inkişafı ardıcıl və planlı şəkildə davam edir. Enerji sahəsində atılan hər addım ölkənin mövqeyini daha da gücləndirir. Mingəçevirdə istifadəyə verilən bu yeni stansiya Azərbaycanın strateji planlarının reallaşmasında mühüm mərhələ oldu. İlham Əliyevin rəhbərliyi altında ölkə enerji sektorunda həm daxili ehtiyacları qarşılayır, həm də xarici tərəfdaşlara etibarlı enerji təminatı təqdim edir.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button